Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

QƏDƏR MÖVZUSU İLƏ ƏLAQƏLİ QURAN AYƏLƏRİ>>
QƏDƏRƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ>>

MƏQALƏLƏR:
-Olub Bitənləri Gələcəkdən İzləmək
-Qədəri Bilmək Möminlər Üçün Bir Rahatliq Və Hüzur Vəsiləsidir
-Qədərə Təslimiyyət
 

Allah`ın hər şeyi qədərlə yaratması ən böyük nemətlərdən biridir. Qədər insanlar üçün çox böyük rahatlıqdır. Qədərə iman gətirən insan həyatı boyu yaşadığı və yaşayacağı hər hadisənin Allah`ın qədərində yaratdığını bilərək bunun rahatlığını və mənəvi hüzurunu yaşayır.


Qədərə təslim olan insan rahatdır, çünki sabahından narahat deyildir. Sabah nə olacağını fikirləşib narahatçılıq və sıxıntı yaşamır. Çünki Allah`ın sabahı onun üçün ən xeyirli tərzdə yaradacağını bilir.


Qədərə inanan insan keçmişində etdiyi səhvlərinə görə də bədbin olmur. Çünki keçmişdə o xətaları Allah`ın özü üçün yaratdığı qədər çərçivəsində etdiyini bilir,bunun xeyir və hikmətləri haqqında düşünür. Peşmançılıq keçirib tövbə edir, eyni səhvləri təkrarlamamağa cəhd göstərir. Qədərində Allah`ın həmin səhvlərini düzəltməsi, tövbə etməsi üçün bir çox hikmət və gözəlliklə yaratdığını bilir.


Qədərə inanan insan ölüm anının da qədərində olduğunu, Allah`ın dilədiyi vaxtda, dilədiyi yerdə və dilədiyi şəkildə canını alacağını bilir. Allah`ın canını almaq üçün təqdir etdiyi zaman gəldikdə heç kəsin və heç bir şeyin onu qoruya bilməyəcəyini də bilir. Bunun üçün təvəkküllüdür. Allah`a inanıb Onun üçün yaşadığına görə də axirətdə sonsuz gözəl həyatla qarşılaşacağına ümid edir. Bütün həyatını Allah`ın rizasına uyğun şəkildə keçirdiyi, həyat və qədərə iman gətirərək yaşadığı üçün vicdan rahatlığı içindədir.



Qədərə inanan insanın içi çox hüzurlu olur, çünki heç vaxt haqsızlığa məruz qalacağından qorxmur. Allah`a güvənir, Allah`ın hər şeyi bildiyini, Allah`ın sonsuz ədalət sahibi olduğunu unutmur. Qarşılaşdığı hər hadisənin, Allah`ın qarşısına çıxartdığı hər hərəkətin, Allah`ın ona eşitdirdiyi hər sözün qədərində olduğunu bilir. Özü verdiyi hər cavabı, söylədiyi hər sözü Allah dilədiyi üçün söylədiyini bilir. Bütün bunları anlayan, hər şeyi qədərində Allah`ın möhtəşəm şəkildə yaratdığını bilən insan hüzurlu, təvəküllü və xoşbəxt olur.


İnsan bütün diqqətini toplayaraq texniki bir iş yerinə yetirmək məcburiyyətində qala bilər. Texniki mövzuların texniki xüsusiyyətləri ilə məşğul olmasına, hətta zahirən lazımsız kimi görünən hadisələrə diqqət yetirməsinə ehtiyac duyula bilər. Əsas məsələ belə bir işlə məşğul olarkən də möminin o işi Allah rizası üçün etməsidir, maraqlandığı bütün xüsusiyyətləri Allah`ın qədərində yaratdığını, o işi də Allah`ın qədərdə ən incə məqamına qədər tərtib edib hazırladığını bilməsi və bu həqiqəti də unutmamasıdır. İnsan maşının daxili hissələrini söküb onu təmir etməyə çalışa, işdə hesabat hazırlamaq üçün lazımlı məlumatları yığa və şirkəti üçün cədvəl hazırlaya bilər. Bu işləri edərkən də səhv etməmək üçün diqqətini bu işlərə verməsi, diqqətlə düşünüb ehtiyatlı davranması lazımdır. Olduğu mühitin texnikası çox mürəkkəb olsa da, bütün xüsusiyyətləri ilə birlikdə hər şeyi yaradan Allah buradakı bütün hadisələrə və xüsusiyyətlərə də, şübhəsiz ki, hakimdir.
Alətlərlə işləyən mühəndis hələ dünyaya gəlməmişdən əvvəl o alətin yaradılacağı, hansı iş üçün və kim tərəfindən istifadə ediləcəyi qədərdə müəyyəndir. Alətin hər parçası Allah qatında əvvəlcədən müəyyən edilmişdir. Hesabat hazırladığı şirkət də Allah`ın qədərdə təyin etdiyi zamanda qurulmuşdur və yenə Allah`ın müəyyən etdiyi müddətə qədər fəaliyyət göstərəcək. O şirkətin tək bir kərpicindən qapısına, orda işləyən insanın qol düyməsinə qədər hər şey qədərdə əvvəlcədən mövcuddur. Uca Rəbbimiz hər hadisəni belə mükəmməl sistemlə yaratmışdır, bizlərə isə yaşatdığı qədər çərçivəsində bunları göstərir.
Allah`ın yaratdığı bu mükəmməl sistem içində insan bir işə nə qədər diqqətini versə də, hər şeyi Allah`ın yaratdığını, qədərdə hər xüsusiyyətini müəyyən etdiyini unutmamalı və etdiyi hər şeyə Allah`ın şahid olduğunu ağlından çıxarmamalıdır.


İnsan bir işə bütün diqqətini verərək daldığında da, Allah o an insanın içində olduğu hər vəziyyətə hakimdir. İnsanın qədəri və hər hadisəsni Allahın yaratdığını unutmağa meylli olduğu anlardan biri də detallara ilişib qaldığı anlardır. Çünki insan unutmağa, detalda boğulmağa, eyni anda diqqətini bir neçə mövzuda birdən cəmləşdirməyə açıqdır. Şüuru çox açıqkən və qədərin fərqindəykən, 10 dəqiqə sonra bir işə daldığında, əgər düşünməz və diqqətini bağlasa, 10 dəqiqə əvvəlki şüur açıqlığını və dərinliyini itirə bilər, unudub təvəkkülsüz və qafil bir rəftarda ola bilər. Mömin həyatında belə anların meydana gəlməməsi üçün, Allahı, qədəri və Allahın hər şeyi anbaan yaratdığını davamlı düşünməli və bu əhəmiyyətli həqiqəti unudub qəflətə düşməmək üçün lazım olan bütün səbəblərə sarılmalıdır.


Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunus Surəsi, 61)

Quranda bildirildiyi kimi, Allah insanların yaşadığı hər anı ən incə təfsilatına kimi bilir. Çünki insanı da, insanın yaşadığı bütün hal və vəziyyətləri də yaradan Allah`dır. İnsanın bir saniyədə ağlından keçən fikirlərə, bədəninin hər hansı yerində hiss edilən ağrıya, o an əlində tutduğu kitaba qədər hər təfsilatı Allah yaradır və bütün bunlar Allah`ın sonsuz elmi daxilindədir. O insanın o an yaşadığı hər hansı bir hadisəni, özü haqqında edilən söhbəti, həmin an çalacaq telefonu və zəng edən insanı Allah ən incə xüsusiyyətlərinə qədər yaratmışdır. Bunların hər biri Allah`ın müəyyən etdiyi qədərdə mütləq yaşanacaq. İnsan isə bütün bunları bilərək bütün qəlbi ilə Allah`a təslim olmalı, Allah`a dərin və güclü sevgi ilə təvəkkül etməlidir.


Qədərin mənası Allah`ın keçmişdən gələcəyə qədər yaşanmış və yaşanacaq bütün hadisələri tək bir anda bilməsidir. Bu, Allah`ın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini göstərir. İnsanlar həyatlarındakı hadisələri ancaq yaşadıqları zaman öyrənə bilirlər. Amma Allah bütün bunları insanlar hələ qarşılaşmamışdan əvvəl də bilir. Allah üçün keçmiş, indi və gələcək zaman birdir. Hamısı da Allah`ın elmi və qüdrəti altındadır, çünki bunların hamısını yaradan Odur.


"Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq" ayəsində bildirildiyi kimi, dünyadakı hər varlığın bir qədəri vardır. (Qəmər surəsi, 49) Evinizdəki əşyadan yolda gördüyünüz bir daşa, quru ota, yaxud da bir budaqdan tutmuş mağazada satışdakı bir güldana qədər kainatdakı canlı-cansız bütün varlıqların Allah qatında təyin olunmuş qədəri var. Hər bir əşya, yaxud da hər canlı varlıq üçün yaradılan qədər sonsuz ağıl sahibi Allah tərəfindən təyin olunmuşdur.


İnsanın birbaşa və ya dolayı yolla qarşılaşdığı hər şey, gördüyü hər hadisə, eşitdiyi hər səs insanın dünya həyatında “blok” vəziyyətində yaşadığının bir göstəricisidir. Dünyada meydana gələn kiçik və böyük heç bir hadisə təsadüfən meydana gəlmir. Heç bir gül təsadüfən açmır, yaxud da təsadüfən solmur. Yaxud da heç bir insan təsadüfən doğulub, təsadüfən ölmür. Heç bir insan səhvən, ya da Allah'ın nəzarəti olmadan xəstələnmir. Əgər biri yaxşılıqla, yaxud da pisliklə qarşılaşırsa, bu heç vaxt təsadüfən baş vermir. Bunların hər biri də insanın yaradılışı ilə birlikdə Allah tərəfindən xüsusi təyin olunmuş və insanın həyatında öz yerini tutmuşdur.


Allah,“Qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam Surəsi, 59) ayəsində torpağın və ya okeanların kilometrlərlə dərinliklərində meydana gələn hadisələrdən, tək bir yarpaq dənəsinin yerə düşməsinə qədər kainatda baş verən hər hadisənin təyin olunmuş bir qədər içərisində reallaşdığını bildirmişdir.


Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22) ayəsi ilə qarşılaşılan hər hadisənin, hər təfsilatın Allah tərəfindən xüsusi hikmət və ağılla planlandığı bildirilir.


Dünyadakı hər varlığın qədəri sonsuz ağıl və məlumat sahibi Allah tərəfindən müəyyən olunmuşdur. Buna görə də hər hadisə ola biləcək ən mükəmməl şəkildə planlanır və ola biləcək ən hikmətli şəkildə yaradılır. Bu həqiqəti dərk edən bir insan artıq həyatın hər anından, müsbət və ya mənfi kimi görünən hər hadisədən çox məmnun qalacaq. Çünki Allah`ın saleh qulları üçün qədəri ən gözəl şəkildə yaratdığını bilir. Allah`ın gözəl gördüyü bir şeyi insanın pis görərək zənnə qapılması qəflətdir. İmani yetkinlik isə insanın hadisələrə xeyir gözü ilə baxmasına və hadisələrdəki xeyir və hikmətləri görməsinə kömək edəcək.


Bir insanın mənfi kimi görünən hadisə ilə qarşılaşanda başına gələn hadisənin Allah tərəfindən yaradılmadığını, bir başqasının buna səbəb olduğunu zənn etməsi həmin insanın qədəri anlaya bilmədiyini göstərir. Çünki mənfi kimi görünən hər hadisə əslində "qədər dərsi"dir. Mütləq hikmət və xeyir gözü ilə qiymətləndirmək lazımdır. Böyük, orta dərəcədə əhəmiyyətli və ya əhəmiyyətsiz kimi görünən hər hadisə qədərdə hikmət və xeyirlə yaradılmışdır. İnsanlar tez-tez qarşılaşdıqları, yaxud onların istəmədikləri kimi gedən hadisələrə tərslik deyirlər. Halbuki, çatışmazlıqda da xeyir və hikmət vardır. İnsan bunları ziyan zənn edir, halbuki, ən doğrusu qədərdə o hadisənin o şəkildə reallaşmasıdır.


Gün ərzində insanları kədərləndirən, kefini pozan, onları hirsləndirən, sıxan, çatışmazlıq, tərslik kimi adlandırılan hadisələrin hikmət və xeyirlərini Allah bir anda göstərsə, insan kədərlənməsinin nə qədər səhv olduğunu dərhal anlayar. İman gətirən insan bu xeyirlər qarşısında nəinki kədərlənmək, tam əksinə böyük sevinc və xoşbəxlik duyar. Buna görə də, insana düşən vəzifə qədərdə, yəni Allah`ın qüsursuz yaratmasında yaşanılan hər hadisədə daima xeyir və hikmətlər axtarmaq və bu anlayışa sahib olmağın sevincini yaşamaqdır.


“...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” .(Bəqərə Surəsi, 216)

İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı hər hadisəni, eşitdiyi hər sözü, gördüyü hər təfsilatı yaradan Allah`dır. Allah sonsuz qüvvət, sonsuz ağıl, sonsuz ədalət və sonsuz hikmət sahibidir. "Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq." ayəsi ilə də bildirildiyi kimi, Allah hər şeyi müəyyən hikmətlə yaradır (Qəmər surəsi, 49). Allah`ın bu sonsuz güc və üstünlüyünün qarşısında insan çox aciz bir varlıqdır. Həyatda qala bilmək üçün Allah`ın ona imkan tanımasına və nemət verməsinə möhtacdır. Ağlı və anlayışı ancaq Allah`ın ona öyrətdiyi qədərini qavramağa kifayətdir. Bu vəziyyət də Allah`ın sonsuz ağlına və sonsuz hikmətlərlə dolu yaratma sənətinə təslim olmaq insan üçün böyük bir ehtiyacdır. Hər yaşadığı hadisədə Allah`ın bütün kainatın və bütün varlıqların hakimi olduğunu biləcək, özünün görə bilmədiyi hadisələri Allah`ın görüb bildiyini, özünün eşidə bilmədiyi səsləri Onun eşitdiyini, yenə özünün xəbərsiz olduğu keçmişdəki və gələcəkdəki bütün hadisələri Onun bildiyini düşünəcək və beləcə də, Allah`ın hər hadisəni ola biləcək ən hikmətli və ən xeyirli formada yaratdığını görəcək. Bu həqiqətə iman gətirmək də ona həyatın hər anına şükür edə bilən üstün bir əxlaq qazandıracaq. Başqa sözlə desək, insan yaşadığı bu imanla eşitdiyi hər səsə, gördüyü hər mənzərəyə, yaşadığı hər hadisəyə, qısası, həyatın hər anına "xeyir gözü ilə baxacaq", beləliklə həyatı ən gözəl şəkildə dərk edə biləcək.


İnsanın yaxşı, ya da pis, müsbət və ya mənfi kimi görünən bütün hadisələri xeyirə yozması Allah`a qarşı səmimi imandan qaynaqlanan əhəmiyyətli əxlaq göstəricisidir və yenə imanın gətirdiyi həyat tərzidir. Bu həqiqəti dərk etmək də insana dünyada və axirətdə bütün nemətlərin qapısını açır və insanın həyatına hüzur və sağlamlıq gətirir.


Gün boyu möminin heç nə üçün kədərlənib məyus olmaması imanı doğru anladığını göstərir. Qarşılaşdıqları hadisələri xeyir gözü ilə dəyərləndirmək, daima narahatlıq içində olmaq, qorxu, ümidsizlik, tərsliklər, hüzün, emosianallıq isə imanı düzgün başa düşməməyin əlamətlərindəndir. İmandakı bu zəiflik dərhal aradan qaldırılmalı, daimi iman sevinci sabit həyat tərzinə çevrilməlidir. Allah`a iman gətirən insan tərslik və ya mənfi kimi görünən hadisə ilə qarşılaşanda, əslində, bunun, özü üçün mütləq ən xeyirlisi olduğunu bilməlidir. "Çatışmazlıq", "tərslik", "kaş ki" kimi sözləri isə ancaq dərs almaq və ibrət çıxarmaq məqsədilə istifadə etməlidir. Yəni "bu hadisə hikmətli və xeyirlidir, lakin növbəti dəfə eyni səhvi təkrar etməyim, indi öyrəndiklərimdən özümə nəticə çıxarım" kimi dünyagörüşə malik olmalıdır. Təkrar eyni çətinliklə qarşılaşsa və ya eyni səhvə yol versə, yenə xeyir və hikmətlə yaradıldığını ağlından əsla çıxarmamalı və "növbəti dəfə doğrusunu edim" deyə niyyət etməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlansa, yenə müsəlman bunda özü üçün xeyir olduğunu bilməlidir; çünki bu, Allah`ın qanunudur və Allah`ın qanunu əsla pozulmaz.


Bir insanın nəfsi o zaman arxayın olar ki, o insan daima Allah`ın yaratdığı hadisələrdə xeyir və hikmətləri axtarsın. Bu həqiqəti qavramaq dünyada mömin üçün çox böyük bir nemətdir. Dindən uzaq yaşayan və qəflət halındakı insan daimi əzab içindədir; hər hadisənin ona qarşı olduğunu düşünür, buna görə də onun ətrafındakı insanlar da davamlı sıxıntı içindədir. Mömin isə Allah`ın lütf etdiyi hər bir işdə gördüyü hikmət və xeyirin sevincini yaşayır.


Orta mövqe tutaraq qarşılaşdığı hadisələri həm xeyirə, həm şərə yozaraq əzab içində qalmaq axirətdə möminə böyük utanc verə bilər. Bu qədər açıq və asan olan bir həqiqəti tənbəllik və qəflətlə görməzlikdən gəlmək, vicdan və ağılla tam qavraya bilməmək axirətdə və dünyada əzaba səbəb ola bilər. Bilinməlidir ki, Allah`ın bizim üçün təqdir etdiyi qədər başdan sona qədər qüsursuz yaradılmışdır. Milyonlarla hadisədən ibarət olan bu bütündə xeyir gözü ilə baxan insan üçün yalnız gözəlliklər, xeyirlər və hikmətlər vardır. İmanlı bir mömin iradə və ağılla gün ərzində heç bir hadisədə şeytanın tələsinə düşməz. Hadisənin forması, iştirak edən insanları, günü, yeri nə olmasından aslı olmayaraq, xeyirlə yaradıldığını qətiyyən unutmaz. Ola bilsin ki, həmin anda o xeyiri görə bilməsin; amma hər şeydə xeyir olduğunu mütləq bilməlidir.

Bəlkə də, bir insan yaşadığı hadisədəki xeyirləri illər sonra öyrənə bilər, yaxud da ömür boyu heç vaxt öyrənməyə bilər. Ola bilər ki, Allah qarşılaşdığı çətin bir vəziyyətin xeyirini ona bu dünyada yox, axirətdə göstərəcək. Nəticə etibarı ilə, təvəkküllü və qədərə təslim olmuş bir insan hər hadisəni - hikmətini qavrasın və ya qavramasın- xeyir gözü ilə qiymətləndirməli və hər şeydən razı olmalıdır.

Bəzi insanlar Allah`ın varlığını qəbul edir, bütün kainatı və insanı yaradanın Allah olduğunu deyir. Yağışı yağdıranın, şimşəyi çaxdıranın, günəşi çıxaranın Allah olduğunu bilirlər və bunun əksini heç vaxt düşünmürlər. Ancaq gündəlik həyatda qarşılarına çıxan hadisələrin, ya da kiçik kimi görünən hadisələrin Allah`dan gizli yarandığını zənn edirlər. Halbuki, evlərinə girən bir oğrunu, ayaqlarına ilişən bir daşı, yağan yağışı, məhsul verən və ya quraqlıq keçirən ərazini, xeyir gətirən, ya da zərər verən bir işi, unudulub yanan bir yeməyi də yaradanın Allah olduğunu unudurlar. Bu mövzuda insan, düşüncə üfüqünü mümkün olduqca genişlədərək təfəkkür etməlidir. Çünki heç bir hadisə, heç bir təfsilat Allah`dan xəbərsiz baş vermir. Hər hadisə çox incə planla Allah tərəfindən sonsuz ağıl və hikmətlə hazırlanmış və yaradılmışdır. İnsanın ayağına sıçrayan bir palçıq damlasından tutmuş, partlayan bir şindən, dəridə yaranan bir ləkədən yolunda getməyən bir işə, yazılan bir yazıdan, deyilən ən kiçik bir sözə qədər hər şey planla Allah tərəfindən insanın xüsusi olaraq qarşısına çıxarılır.


İnsanın gözlərini dünyaya açdığı andan etibarən rastlaşdığı yaxşı və pis kimi görünən hər hadisəni Allah yaradır. Həyat yer üzünün tək hakimi olan Allah tərəfindən idarə edilir. Allah qüsursuz, hikmətli, mükəmməl və ən gözəl tərzdə yaradandır. Bu, Allah`ın yaratdığı qədərdir; Allah`ın yaratdığı hadisələri ayıraraq bəzilərinə yaxşı, bəzilərinə isə pis münasibət bəsləmək olmaz. Bu halda, insana düşən bu mükəmməliyi təqdir etmək və Allah`ın ən qüsursuz nəticələri yaradacağını bilərək hər hadisəni xeyirə yozmaqdır. Beləliklə, Allah`a iman gətirən və imanı ilə hər hadisəni xeyir gözü ilə dəyərləndirib xeyirə yozan bir insan dünyada da, axirətdə də hər zaman gözəlliklə qarşılaşacaq. 


Qədər müsəlman üçün başdan axıra qədər qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu cənnət hazırlığıdır. Möminin bu dünyada qarşılaşdığı hər çətinlik cənnətdə sonsuza qədər yaşayacağı zövqlərin, sevincin, hüzurun qaynağıdır. "Çətinliklə birlikdə asanlıq vardır" (İnşirah surəsi, 5) ayəsinin də mənalarından biri budur. Möminin göstərdiyi səbir və cəsarət axirətdə çox gözəl nemətlər müqabilində qədərdə yazılıdır.


Bir mömin gün ərzində bəzi hadisələrə kədərlənə və narahat ola bilər. Ancaq bu sıxıntı və narahatçılığın səbəbi odur ki, o qarşılaşdığı hadisənin qədərdə olduğunu və Allah tərəfindən yaradıldığını unudur. Ona bu hadisəni Allah xeyirlə yaratdı deyilsə, -əgər həmin anda qafil vəziyyətdə deyilsə - dərhal səhvini başa düşüb rahatlayar. Buna görə də, müsəlman hər an hər hadisənin qədərdə olduğunu daim xatırlamalı və xatırlatmalıdır. Allah`ın əzəldən hazırladığı hadisəyə hörmət göstərib, Allah`a təvəkkül edib, xeyir və hikmətlə baş verən hadisənin gözəlliklərini, hikmətlərini anlamağa çalışmalıdır. Hər bir insan, Allah`ın diləməsindən başqa, bu həqiqəti rahatlıqla dərk edər. Yaşanan hadisələrdəki saysız xeyir və hikmətlərin hamısını dərhal görə bilmək, ola bilsin ki, mümkün deyil; amma bir hadisə reallaşmışdırsa, bilinməlidir ki, bu, müsəlman üçün Allah`ın yaratdığı xeyir və hikmətlə birlikdə baş verib.


Möminlər hər hadisəni ən incə təfərrüatına qədər Allah`ın yaratdığını və hamısının qədərdə əvvəlcədən təqdir edilmiş hadisələr olduğunu bilərək, tam təslimiyyətlə yaşayırlar. Əlbəttə ki, inananlar da həyatları boyu bir çox çətinlik və müxtəlif imtahanlarla qarşılaşırlar. Amma "kaş ki belə olardı", "belə etsə idim, daha xeyirli olardı" kimi sözlər söyləmir və belə vəsvəsələrə qapılmırlar. Çünki hadisələrdə özlərinin heç bilməyəcəkləri bir çox hikmət və xeyir olduğuna qəti iman gətirirlər. Beləliklə, xoşlarına getməyən, çətin kimi görünən vəziyyətlərdə belə çox dinc həyat yaşayırlar.


İnsanın tək qurtuluşu, bütün hadisələri Allah`ın mütləq xeyir və hikmətlə yaratdığını bilərək yaşamasıdır. Mömin, istisnasız qarşılaşdığı hər hadisənin Allah tərəfindən, bir xeyir və hikmətlə yaradıldığını bilsə, Allah`a əsl mənada təvəkkül edər. Dözümlə deyil, gözəl tərzdə səbir etsə, Allah`a layiq mömin olar. Təhlükəsizlik, hüzur və rahatlığı yaradan da Allah`dır. Dua və təvəkküllə həmişə Allah`ın yanında olmaq və hər şeyi Allah`dan gözləmək möminin xüsusiyyətidir.


Biz Allah`ın zatını gözlərimizlə dərk edə bilmərik, ama Allah bizi hər tərəfli əhatə etmişdir. Onun elmindən kənarda biz tək bir söz söyləyə bilmərik, hətta bir dəfə nəfəs belə ala bilmərik.


Həyatımız boyu qarşımıza çıxan bütün hadisələri seyr edərkən bizə ən yaxın olan varlıq hər hansı bir hissiyat deyil, Allah`ın Özüdür. Quranda yer alan “ İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından daha yaxınıq” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətdə gizlidir. Bir insan öz bədəninin “maddə”dən ibarət olduğunu zənn edirsə, bu vacib həqiqəti qavraya bilməz. Məsələn, “özü” zənn etdiyi yer beynidirsə, beynindən kənar kimi qəbul etdiyi yer özünə 20-30 sm kimi müəyyən uzaqlıqdadır. Ancaq maddə deyə bir şeyin var olmadığını, hər şeyin xəyal olduğunu qavradıqda, artıq uzaq, yaxın kimi qavramlar öz mənasını itirəcək. Allah insanı tamamilə əhatə etmişdir və ona “sonsuz yaxındır”.
Allah insanlara “sonsuz yaxın” olduğunu, “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam..” (Bəqərə surəsi, 186) ayəsi ilə bildirir. Başqa ayədə keçən “Rəbbin insanları əhatə etmişdir” (İsra surəsi, 60) ifadəsi ilə həmin həqiqəti xəbər verir.


İnsan özünə ən yaxın varlığın özü olduğunu fikirləşməklə xəta edir. Allah isə bizə özümüzdən daha yaxındır. “Can boğaza yetişdiyi zaman, həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq. Siz isə bunu görmürsünüz.” (Vaqiə surəsi, 83-85) Ancaq ayədə də bildirildiyi kimi, insanlar gözləri ilə görmədikləri üçün bu fövqəladə həqiqətdən xəbərsiz yaşayırlar.


Sizi də, etməkdə olduqlarınızı da Allah yaratmışdır" (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allah`ın hakimiyyəti altında reallaşdığını göstərir. Quranda bu həqiqət xəbər verilir və "... atdığın zaman sən atmadın, amma Allah atdı..." (Ənfal surəsi, 17) ayəsi ilə heç bir hərəkətin Allah`dan xəbərsiz baş vermədiyi vurğulanır. İnsan Allah`ın bir təcəllisi kimi kölgə varlıq olduğu üçün atma hərəkətini özü edə bilməz. Ancaq Allah bu kölgə varlığa insanın özünün atdığı hissini verir. Əslində, bütün hərəkətləri reallaşdıran Allah`dır. Bu halda, insanın etdiyi işləri özünə aid etməsi özünü aldatmasıdan başqa bir şey deyil.
Gördüyümüz bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, bir sözlə, gördüyümüz hər şey Allah`ın Quranda yoxdan xəlq etdiyini bildirdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Ancaq insanlar bu varlıqların əsillərini duyğu orqanları vasitəsilə görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki kopiyalarıdır. Bu elmi bir həqiqətdir və bu gün bütün tibb fakültələrində tədris edilən elmi mövzudur.


Qədər, Allah`ın keçmiş və gələcək bütün hadisələri "tək bir an" içində yaratmasıdır. Bu, Allah Qatında kainatın yaradılış anından qiyamətə qədər hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların əksəriyyəti Allah`ın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah Qatında keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin əslini heç bir şəkildə qavraya bilmirlər. Halbuki, "yaşanmamış hadisələr" bizim üçün yaşanmamış hadisələrdir. Çünki biz Allah`ın yaratdığı zamandan aslı olaraq həyatımızı davam etdiririk və yaddaşımızdakı məlumatlardan başqa heç bir şey bilmirik. Allah dünyada imtahan olunduğumuz üçün "gələcək" adlandırdığımız hadisələri yaddaşımıza verməyib, buna görə də, gələcəkdə nə baş verəcəyini bilmirik. Allah isə zamana və məkana tabe deyil, çünki bunların hamısını yoxdan yaradan Özüdür. Buna görə də, Allah üçün keçmiş, gələcək və indiki zaman hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. Bir hadisənin əvvəli də, sonu da Onun qatında tək bir anda yaşanır. Məsələn, Fironun aqibətinin necə olacağı Allah hələ hz. Musanı Firona göndərməmişdən, hz. Musa hələ doğulmamışdan, hətta Misir dövləti hələ qurulmamışdan əvvəl bilir və bütün bu hadisələr Fironun ölümü ilə birlikdə Allah Qatında tək bir an kimi yaşanmışdır. Keçmiş və gələcək hazır formada Allah`ın sonsuz yaddaşındadır, hamısı eyni anda mövcuddur.


Bir insan bütün həyatını bir film ssenarisi kimi təsəvvür etsə, anlayar ki, biz bu video lentini seyr edirmiş kimi öz həyatımızıda seyr edirik və lenti də geriyə qaytarmaq imkanımız yoxdur. Allah isə bu film ssenarisini əvvəldən axıra kimi eyni anda bilir. Bu filmin hər səhnəsini yaradan Allah`dır. Necə ki, biz bir xətkeşin əvvəlini, ortasını və axırını eyni anda görə biliriksə, Allah bizim asılı olduğumuz zamanı başından sonuna qədər tək bir an kimi əhatə etmişdir. İnsanlar isə sadəcə vaxtı gəldikdə bu hadisələri yaşayır, Allah`ın onlar üçün yaratdığı qədərə şahid olurlar. Bu, dünyadakı bütün insanların qədərlərinə aiddir. Bugünə qədər yaradılmış və bundan sonra yaradılacaq bütün insanların dünya və axirətdəki həyatlarının hər anı Allah Qatında hazırdır və yaşanıb bitib. Allah`ın sonsuz hafizəsində milyardlarla insan da daxil olmaqla, bütün canlıların, planetlərin, bitkilərin, əşyaların da qədərində yazılmış hadisələr dəyişilə bilməz. Qədər həqiqəti Allah`ın Hafiz (qoruyan, mühafizə edən) isminin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.


Biz aldığımız təlqinlərə görə keçmiş, indiki və gələcəyə ayrılmış zaman dövrlərində yaşadığımızı zənn edirik. Halbuki, “keçmiş” kimi anlayışa sahib olmağımızın tək səbəbi hafizəmizə bəzi hadisələrin yerləşdirilməsidir. Məsələn, ibtidai sinfə başladığımız an zehnimizdə mövcud olan məlumatdır və bu səbəbdən də, bunu keçmiş bir hadisə kimi qəbul edirik. Gələcəklə bağlı hadisələr isə zehnimizdə mövcud deyildir. Buna görə də, biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş bizim üçün necə ki, yaşanmış, təcrübədən keçirilmiş və baş vermiş hadisələrdirsə, gələcək də eyni ilə yaşanılmışdır. Ancaq bu hadisələr bizim zehnimizə verilmədiyi üçün biz bu hadisələrdən xəbərdar deyilik.


Əgər Allah gələcəklə bağlı hadisələri zehnimizə versəydi, bu halda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşlı bir insanın zehnində yalnız 30 illik xatirələr, yaşadığı hadisələr mövcuddur. Əgər bu insanın yaddaşına 30-70 il arasındakı gələcəklə bağlı məlumatlar yerləşdirilsə, deməli, 30 yaşlı bu insan üçün həm yaşadığı 30 il, həm sonrakı 40 ildəki “gələcək” hadisələr keçmiş halına gəlir. Çünki bu halda keçmişi də, gələcəyi də hafizəsində mövcud olacaq, hər iki zaman da onun üçün yaşanmış, baş vermiş və təcrübədən keçmiş hadisələr olacaq.


Allah hadisələri müəyyən ardıcıllıqla kiçikdən böyüyə doğru, sanki keçmişdən gələcəyə axan zaman varmış kimi göstərdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunların məlumatını yaddaşımıza yerləşdirmir. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allah`ın sonsuz hafizəsində bütün insanların keçmişləri və gələcəkləri var. Bu, bir insanın həyatını çəkilmiş bir filmdən izləməsi kimidir. Film, onsuz da çəkilmiş və bitmişdir, lakin bu filmi irəli çəkmək imkanı olmayan şəxs kadrları tək-tək seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn etməklə səhv edir.

ZAMANSIZLIQ VƏ QƏDƏR GERÇƏYİ

Zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan yaratdığı anlayışlardır. Zamanı və məkanı yaradan Allahdır, əlbəttə ki, bunlara tabe deyil. Allah zamanın hər anını zamansızlıqla müəyyən etmiş, təsbit etmiş və yaratmışdır. Materialistlərin qavraya bilmədikləri "qədər" gerçəyi də burda ortaya çıxır. Maddə və zaman yoxdan necə yaradıldı? Bizim üçün yüzillərlə davam edən zaman müddəti, bir başqa ölçüdə necə tək bir "an" ola bilər? Big Bang nəzəriyyəsi kainatın yaradılışı ilə bağlı hansı həqiqətləri aşkara çıxarır? Eynşteynin Nisbilik nəzəriyyəsi nələri, necə açıqlayır? Bu kitabda bütün bu sualların cavabları,maddənin və zamanın mütləq varlıq deyil, anlayış olduqları izah edilir. >>>

----------------
ZAMANIN NİSBİLİYİ BİR DAHA İSBAT OLUNDU
QƏDƏRƏ TƏSLİM OLMAQ VƏ TƏVƏKKÜLDƏKİ SİRRLƏR
ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT: YAŞADIĞIMIZ HƏYATIMIZI SEYİR EDİRİK
----------------

1


Müəllif Haqqında - Digər Saytlar- English

Bu saytda yayınlanan bütün məlumatı, saytı referans göstərmək şərtiylə müəllif haqqı ödəmədən kopyalaya bilər və çoxalda bilərsiniz.
www.adnanoktar.az

Quran.az